2010-cu
ilin 19 Mart tarixində Bəhrə Biskvit
Fabriki növbəti uğura imza atdı. Consulting&Business jurnalının 2009-cu ildə aparmış
olduğu araşdırmaların nəticəsi olaraq Bəhrə Biskvit Fabriki biskvit məhsullarının istehsalına ,Azərbaycanda
İqtisadiyyat və Bizness sahəsində göstərmiş olduğu inkişaf tempinə görə biskvit
istehsalı sektorunda"UĞUR"Milli Mükafatına layiq görülmüş ilk şirkət kimi tarixə
düşdü.Mükafatlandırma mərasimi şəhərimizin
ən mötəbər yeri olan Gülüstan Sarayında keçirilmişdir,Uğur Milli
Mükafatını Bəhrə Biskvit Fabrikinin Baş
Direktoru cənab Niftalı Hüseynova
Azərbaycan Milli Məclisinin üzvü ,millət vəkili Sabir Hacıyev təqdim
etmişdir.Azərbaycanda iqtisadiyyat və biznes sahəsində təsis edilən "UĞUR" Milli Mükafatı iş adamlarına, dövlət və ictimai xadimlərə onların milli iqtisadiyyatın möhkəmlənməsi və inkişafında olan xidmətlərinə, yeni iş yerlərinin yaradılmasına və bununla da hər bir ailənin rifahının yaxşılaşmasına görə verilən mükafatdır.
QIZIL MÜKAFAT
Bəhrə Biskvit Fabriki ilin"Ən Yaxşı Əmtəə Nişanı"35-ci "QIZIL MÜKAFATI"adına layiq görülmüşdür.