Unikal.az » Blog » "UNİKAL" Yeyinti Məhsulları İstehsalı

Ən son yeniliklər, ən son kompaniya xəbərləri



Unikal Firması 1992-ci ildən etibarən Azərbaycanda fəaliyyətə başlamışdır. Bu Firma Azərbaycanda yarandığı ilk gündən öz fəaliyyətini pərakəndə və topdan satış marketinq və digər sahələrdə davam etdirməklə bərabər qida sənayesində ən çox inkişaf etmiş müəssisələrdən biridir. “Unikal” Firması Azərbaycanda qənnadı, biskvit, və digər şirniyyat məhsullarının istehsalı, pərakəndə və topdan satışı ilə məşğul olur. Bu sahədə gənc olmasına baxmayaraq, “Unikal” Firması Azərbaycanda və qonşu dövlətlərdə öz məhsullarının keyfiyyəti və görünüşünə görə tanınmış Firmalarla müqayisə olunacaq dərəcədə əhəmiyyətli yerlərdən birini tutur. “Unikal” Firması istehsal və satış həcminə görə Azərbaycanın ən böyük fabrikləri sırasındadır.

Dinamik və sürətli inkişafa gedən yolda daha böyük nailiyyətlər əldə etmək üçün Firmada istehsal, satış, logistika, maliyyə, marketinq və hüquq sahələri üzrə təcrübəli, yüksək ixtisaslı mütəxəssislər çalışırlar.

Əsas məqsədimiz daim yeniləşən texnologiyalardan yararlanmaqla yüksək keyfiyyətli məhsul əldə etmək və alıcıların istək və zövqlərini nəzərə almaqla bu tələblərə cavab verməkdir.




QIZIL MÜKAFAT
Bəhrə Biskvit Fabriki ilin"Ən Yaxşı Əmtəə Nişanı"35-ci "QIZIL MÜKAFATI"adına layiq görülmüşdür.

"UĞUR" MİLLİ MÜKAFATI
Bəhrə Biskvit Fabriki növbəti uğura imza atdı


Copyright 2008 © Unikal, Bütün haqlar qorunur | De-mar Studiyasında hazırlanıb