Unikal.az » Blog » Unikal şirkəti ilə görüş
Aprelin 28-də ATİB Baş katibi Rəşad Rəsullu, inzibati təşkilati şöbənin müdiri Ələsgər Ağayev Unikal şirkətinin Direktoru Niftalı Hüseynov arasında görüş keçirildi.
Aprelin 28-də ATİB Baş katibi Rəşad Rəsullu, inzibati təşkilati şöbənin müdiri Ələsgər Ağayev Unikal şirkətinin Direktoru Niftalı Hüseynov arasında görüş keçirildi.
Görüşdə 2007-ci ilin daha çox Azərbaycan və Türkiyənin beynəlxalq aləmdə tanıdılması sahəsində görülən işlər, 2007-ci ilin dekabr ayında Vaşinqtonda keçirilən tədbirlər, ATİB tərəfindən ATAF-ın (Azərbaycan Türkiyə Tarix Araşdırmaları Fondu) qurulması, ATİB-in UNDP, USAİD proqramlarında iştirakı barədə məlumat verildi.
Niftalı Hüseynov Unikal-ın Fransa, İtaliya, Almaniya, Yaponiya və digər ölkələrlə ilə sıx əməkdaşlıq etdiyi, yalnız yeyinti məhsullarının istehsalı ilə deyil, eyni zamanda bu məhsulları istehsal edən avadanlıqların satınalınması ilə məşğul olduğunu bildirdi. Direktor onu da vurğuladı ki, şirkətə 40-dan artıq ölkədən avadanlıq gətirilir və şirkətdə 170-ə yaxın işçi çalışır.
Qeyd edək ki, Unikalın istehsal etdiyi məhsullar sırasında biskvitli ruletlər, biskvitli pirojnalar, kekslər, müxtəlif növ peçenyelər əsas yer tutur. "Unikal" firması öz istehsal etdiyi məhsulları ticarət bazarında daha yeni və öz xalqımıza daha yaxın olan "Bəhrə" əmtəə nişanı altında satışa çıxarmışdır.