Unikal.az » Haqqımızda » Mükafatlar
Mükafatlar
MÜKAFATLAR HAQQINDA MƏLUMAT
QIZIL MÜKAFAT HAQQINDA
Bəhrə Biskvit Fabriki 2009-cu il 11 May tarixində Fransanın paytaxtı Paris şəhərində çörək-bulka və biskvit məhsullarının istehsalına ,göstərmiş olduğu yüksək keyfiyyətə və texnologiyaya görə 2008-ci ilin yekun hesablamaları ilə ilin”Ən Yaxşı Əmtəə Nişanı”35-ci “QIZIL MÜKAFATI”adına layiq görülmüşdür. Mükafatı təqdimat zamanı “Unikal” YMİM-nin baş direktoru cənab N.H.Hüseynov qəbul etmişdir. Artıq 35 ildir ki, “Ticarət Liderləri Klubu”nun (Trade Leader's Club) Ekspert Şurası, bu mükafatı sürətli inkişaf tempinə görə öz sektorunda lider olan müəssisələrə təqdim edir.
“UĞUR” MİLLİ MÜKAFATI HAQQINDA
2010-cu ilin 19 Mart tarixində Bəhrə Biskvit Fabriki növbəti uğura imza atdı. Consulting&Business jurnalının 2009-cu ildə aparmış olduğu araşdırmaların nəticəsi olaraq Bəhrə Biskvit Fabriki biskvit məhsullarının istehsalına ,Azərbaycanda İqtisadiyyat və Bizness sahəsində göstərmiş olduğu inkişaf tempinə görə biskvit istehsalı sektorunda”UĞUR”Milli Mükafatına layiq görülmüş ilk şirkət kimi tarixə düşdü.Mükafatlandırma mərasimi şəhərimizin ən mötəbər yeri olan Gülüstan Sarayında keçirilmişdir,Uğur Milli Mükafatını Bəhrə Biskvit Fabrikinin Baş Direktoru cənab Niftalı Hüseynova Azərbaycan Milli Məclisinin üzvü ,millət vəkili Sabir Hacıyev təqdim etmişdir.Azərbaycanda iqtisadiyyat və biznes sahəsində təsis edilən "UĞUR" Milli Mükafatı iş adamlarına, dövlət və ictimai xadimlərə onların milli iqtisadiyyatın möhkəmlənməsi və inkişafında olan xidmətlərinə, yeni iş yerlərinin yaradılmasına və bununla da hər bir ailənin rifahının yaxşılaşmasına görə verilən mükafatdır.