Unikal.az » Avadanlıqlar » Liniyalar » Bərk peçenye istehsalı xətti

Bərk peçenye istehsalı xətti



Sadə, sənaye tipli və tam avtomatlaşdırılmış bu xətt ən az yağ tərkibli istənilən növ lay-lay bərk peçenyelərin (Marie, Petit Beurre kimi) istehsalı üçündür.

İstehsal xətti əsasən aşağıdakı maşınlarla komplektləşdirilmişdir:

- üfüqi mikser və ötürmə
- 7 və ya 9 diyircəkli laylara ayırma qurğusu
- yumşaltma konveyeri, sıxma və qırıntı toplayan
- dəyirmi forma vermə qurğusu
- tunel şəkilli siklotermik soba
- soyutma və düzmə
- qablaşdırma
- elektrik təchizatı

Bütün maşınlar spesifik iş rejimi, yığılma vaxtı, fəaliyyəti, istehsal gücü və müddətinin tənzimlənməsi nəzərə alınmaqla hazırlanmışdır. Maşınlar istehsalçının zavodunda yığılmış və tam testdən keçirilmişdir. Bütün elektrik qurğuları və birləşdiricilər istismara buraxılmazdan əvvəl yoxlanılmış və sınaqdan keçirilmişdir. Avadanlıqlar və soba hazırlanarkən gələcəkdə xəttin istehsal gücünün artırılması tələb olunarsa, onların imkanlarının genişləndirilməsi tənzimlənmə qabiliyyətinə malikdirlər. Avadanlıqların quraşdırılması, ilk istehsal üçün lazımi texnologiyanın verilməsi və reseptlərlə təmin olunması istehsalçı tərəfindən həyata keçirilir və ilk dəfə sənaye üsulu ilə peçenye istehsalına başlayan müştərilərə yüksək nəticələrin alınmasına zəmanət verilir.

 

 




QIZIL MÜKAFAT
Bəhrə Biskvit Fabriki ilin"Ən Yaxşı Əmtəə Nişanı"35-ci "QIZIL MÜKAFATI"adına layiq görülmüşdür.

"UĞUR" MİLLİ MÜKAFATI
Bəhrə Biskvit Fabriki növbəti uğura imza atdı


Copyright 2008 © Unikal, Bütün haqlar qorunur | De-mar Studiyasında hazırlanıb