Sənaye tipli laminasiya xətti sadə, lakin konstruktiv konsepsiya vasitələri əsasında hazırlanmışdır. • rahat və sürətli quraşdırma; müxtəlif istehsal ehtiyacları üçün sürətli forma dəyişilməsi; məhsulun tam dəyişdirilməsi zamanı maşının parametrlərinin sürətli dəyişdirilməsi və buna görə də yüksək fəaliyyət kövrəkliyi və müxtəlif reseptlər üzrə məhsulların asanlıqla hazırlanması; iş zamanı tələb olunan işçi heyətin minimuma endirilməsi; sürətli, asan və tam texniki servis; • xətt gərəkli olan bütün sanitar və təhlükəsizlik qaydaları üzrə beynəlxalq tələblərə cavab verir; • səs səviyyəsi beynəlxalq standartlarla tələb olunan maksimum səviyyədən artıq deyil; • maşınların əsas çərçivəsi səthi karbon poladdan hazırlanmış, sıx yan dayaqlarla təchiz olunmuş və müvafiq sahələrdə yan tirlərə malikdir; • bütün qoruma və mühafizə sistemləri paslanmayan poladdan hazırlanmışdır; • konveyerlərdə istifadə olunan bütün kəmərlər FDA standartlarına cavab verir; • xətlərin modulluluğu müxtəlif maşın kombinasiyalarına imkan verir və bununla da müvafiq məhsulun əldə olunmasına tam yararlı bir xətt yaradır; Xəttə digər hissələr də əlavə olunur: üç silindrli forma verən; toz səpən; un səpən; əlavə val və kalibrator; rotasion forma verən və xəmir ötürmə sistemi; ötürücü konveyer və nəmləmə qurğusu; şəkər-duz səpmə qurğusu və həmçinin səpilmiş şəkər və ya duzun toplanması; üç silindrli bunkerə xəmirin avtomatik ötürülməsi sistemi.
QIZIL MÜKAFAT
Bəhrə Biskvit Fabriki ilin"Ən Yaxşı Əmtəə Nişanı"35-ci "QIZIL MÜKAFATI"adına layiq görülmüşdür.