Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım göstərilməsi məqsədilə keçirilən qanvermə aksiyasına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və ekokönüllülər də qoşulub. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, aksiyada xüsusi karantin rejiminin qaydalarına əməl olunmaqla Milli Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının həkim hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı yoxlanılıb və tibbi müayinədən sonra onlardan qan götürülüb.

ETSN qan çatışmazlığından əziyyət çəkənlərə dəstək vermək və onları həyata bağlayan bir ümid olmaq üçün səhhəti imkan verən hər kəsi bu nəcib aksiyaya qoşulmağa çağırır.