Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı və Gənclərin İnkişaf və Karyera Mərkəzi Ağdaş nümayəndəliyinin birgə təşkilatçılğı ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 52-ci ildönümü münasibətilə keçirilən “Heydər Əliyev-Azərbaycanın inkişaf və tərəqqi dövrü” adlı Konfransı giriş sözü ilə tədbirin moderatoru, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı İdarə Heyətinin üzvü Anar Şahmuradov  açaraq dahi şəxsiyyət, Azərbaycan xalqının xilaskarı, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında konfrans iştirakçılarına geniş məumat verib.

Unikal.org xəbər verir ki, Anar Şahmuradov qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin 1969-cu ilin 14 iyul tarixində Respublika rəhbərliyinə gəlməsi Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı hesab edilir:

"Məhz Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyə  gəldikdən sonra ölkədə hər bir sahədə ciddi inkişaf və tərəqqi qeydə alınıb, Azərbaycan müttəfiq respublikalar arasında ön yerləri tutmağa başlayıb. Bundan əlavə ölkənin elm, təhsil, mədəniyyət, incəsənət sahələrinə də xüsusi diqqət və qayğı göstərilib, bu və digər sahalərdə çalışan şəxslərin əməyinə böyük qiymət verilib" deyə Anar Şahmuradov bildirib. 

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Millət vəkili konfransda çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevin Sovetlər dövründə  azərbaycanlı gənclərin ali təhsil almaları istiqamətində böyük işlər görməsi, ölkədə ali təhsil müəssələrinin yaradılması, eyni zamanda Respublika gənclərinin SSRİ-nin nüfuzlu ali təhsil müəssisələrində təhsil almağa göndərilməsi haqqında geniş məlumat vermişdir. Ulu Öndər  Heydər Əliyev Azərbaycanda hərbi təyinatlı məktəblərin yaradılmasana nail olmuş və Azərbaycanda hərbi kadrların hazırlanması işində misilsiz işlər görmüşdür. Həmin dövrdə azərbaycanlı gənclərin hərbi məktəblərdə təhsil almalarını təmin etməklə Ulu Öndər Heydər Əliyev gəlcəyi, Azərbaycanın müstəqil ölkə olacağını düşünmüş və həmin hərbi kadrlardan istifadə etməklə  Azərbaycanın gələcək Ordusunun qurulmasını hədəflənib. 

Ümumilikdə elə bir sahə yoxdur ki, Ulu Öndər Heydər Əliyevin Sovetlər dönəmində Respublikaya rəhbərliyi zamanı həmin sahədə inkişaf qeydə alınmasın. Heydər Əliyevin hakimiyyəti zamanı Azərbaycan qısa zamanda aqrar ölkədən sənaye ölkəsinə çevirilib, çoxlu sayda istehsal müəssisələri, fabrik və zavodlar açılıb. Kənd təsərrüfatı sahəsində taxılçılıq, pambıqçılıq, üzümçülük və heyvandarlıq sahələrində sürətli inkişaf təmin edilmişdir, deyə Millət vəkili Cavid Osmanov qeyd edib.  Çıxışının sonunda Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Millət vəkili Cavid Osmanov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün ərzində qazandığı möhtəşəm Zəfərə diqqət çəkmiş və müasir Azərbaycan Ordusunun yaradıcısının da məhz Ulu Öndər Heydər Əliyev olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

Konfransda Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Gənclər Birliyinin üzvü Pərvin Əhmədov, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının gənc könüllüsü Pərvanə Məmmədova,  Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının fəal üzvü, Vətən Müharibəsi iştirakçısı Toğrul Cəlilov çıxış edərək Azərbaycan xalqının xilaskarı Heydər Əliyevin ölkəmiz və xalqımızın tərəqqisi naminə mislisiz işlər gördüyünü, müasir Azərbaycanın əldə etdiyi uğurların təməlində Ulu Öndər Heydər Əliyev siyasi dəst-xəttinin dayandığını  qeyd edib.