Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyasının (KTMT PA) "Crocus City Hall"da törədilən terror aktını pisləyən bəyanatına qoşulmayıb. 

"Unikal" xəbər verir ki, bu barədə respublika parlament sədrinin mətbuat katibi Nelli Qulyan açıqlayıb. 

"Təklif ölkənin təşkilatda iştirakının dondurulması səbəbindən rədd edildi", - deyə qeyd olunub. 

Mətbuat katibi izah edib ki, İrəvanın imtinası yalnız KTMT faktoru ilə bağlıdır: "Ermənistan assosiasiyada iştirakını dondurub: o, təşkilatın qərarlarına mane olmur, həm də qərarların qəbulunda iştirak etmir".

Ağarza Elçinoğlu