Federasiya Şurası İrina Podnosovanı Rusiya Ali Məhkəməsinin sədri vəzifəsinə təyin edib. 

"Unikal" xəbər verir ki, bu barədə qərar palatanın plenar iclasında yekdilliklə qəbul edilib.

Federasiya Şurasının konstitusiya qanunvericiliyi və dövlət quruculuğu üzrə ixtisaslaşmış komitəsinin rəyinə əsasən, Podnosovanın namizədliyi Rusiya Federasiyası Ali Məhkəməsinin sədri vəzifəsinə konstitusiya və hakimlərin statusu haqqında qanunla müəyyən edilmiş tələblərə cavab verir.

Rusiya Ali Məhkəməsinin sədri postu 1989-cu ildən ən yüksək məhkəməyə rəhbərlik edən Vyaçeslav Lebedevin fevralın 23-də ölümündən sonra boş qalıb.

Ağarza Elçinoğlu