2024-cü ilin I rübünün yekunlarına əsasən ölkənin ən böyük özəl banklarından biri olan "Xalq Bank"ın aktivləri ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 12.5% artaraq 3 mlrd manatı keçmiş, kredit portfelinin həcmi 2.3% artaraq 1 853.7 mln manat təşkil edib. 

"Unikal" xəbər verir ki, qeyd olunan tarixə Bankın banklar və digər maliyyə institutları istisna olmaqla depozitlərinin həcmi 2 226.8 mln manat təşkil etmişdir ki, bu da 2023-cü ilin I rüb göstəriciləri ilə müqayisədə 17.1%, yəni 325.3 mln manat çoxdur.

2024-cü ilin I rübünün sonuna Bankın xalis mənfəəti ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 47%, yəni 5.3 mln manat artaraq 16.5 mln manat, cəmi kapitalı 461.4 mln manat təşkil edib. 

Beləliklə, əsas maliyyə göstəriciləri: aktivlərinin, kredit portfelinin, banklar və digər maliyyə institutları istisna olmaqla, depozitlərin həcminə görə Xalq Bank Azərbaycanın ən böyük özəl banklarının üçlüyündə olan yerini qoruyub saxlamışdır.

"Xalq Bank"ın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən https://www.xalqbank.az/  rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.