Ermənistan polisi İrəvanda yerləşən Rusiya-Ermənistan Universitetində bomba olması barədə siqnal alıb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

"Bu gün Daxili İşlər Nazirliyinə RAU-da partlayıcı qurğu qoyulması barədə siqnal daxil olub. Hadisə yerində əməliyyat qrupları işləyir", - deyə məlumatda qeyd olunub. 

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Gülayə Mecid