Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan şosesi, döngə 13 ünvanında yerləşən,  Milli Qəhrəman Kərəm Mirzəyev adına Xanlıq kənd-1 saylı tam orta məktəbdə keçirilib. 
"Unikal
" xəbər verir ki, qəbulda RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edib.
Qəbul zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin bəziləri yerində həll olundu. Bəzi məsələlər üçün müvafiq izahatlar verildi. Digər müracət edənlər isə görülən işlərə görə minnətdarlıq bildirdilər. Onların arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilmişdir. 
Qəbuldan razı qaldıqlarını bildirən sakinlər, məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstək olan Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.