16 aprel 2024-cü il tarixdə "Xalq Bank" Türkiyə Respublikasının "Ziraat Bank"ının 1.7 milyard dollar məbləğində dayanıqlı inkişafın maliyyələşdirilməsi məqsədli iri sindikat kreditləşməsi layihəsində iştirak edib. Həmin vəsaitlər dayanıqlı kənd təsərrüfatını maliyyələşdirmək üçün istifadə ediləcəkdir.

"Unikal" xəbər verir ki, layihədə 32 ölkədən 72 bank yer alıb.  "Xalq Bank"ın bu layihədə iştirakı banklararası münasibətlərin möhkəmləndirilməsi və Türkiyə Respublikası bankları ilə əməkdaşlığın davamlı inkişafının təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Sindikat kreditləşməsi bir borcalana vəsait ayrılması üçün kreditorlar qrupu tərəfindən təklif olunan maliyyələşdirmə alətidir.

Xatırladaq ki, "Xalq Bank" artıq 3-cü ildir ki, "Ziraat Bank"ın sindikat kreditləşməsi layihələrində uğurla iştirak edir. Öncəki layihələr ətraf mühit, idarəetmə və sosial məsuliyyət prinsiplərinə istinad edən ESG standartlarını əhatə edirdi.

Türkiyə Respublikasının dövlət bankı olan "Ziraat Bank" 1863-cü ildən fəaliyyət göstərir. Bankın dünya üzrə 17 ölkədə 120 nümayəndəliyi mövcuddur.

2004-cü ildə əsası qoyulmuş "Xalq Bank" əsas balans göstəricilərinə görə Azərbaycanın özəl bankları sırasında ilk üçlükdə yer alır.

"Xalq Bank"ın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.