Belarus prezidenti Aleksandr Lukaşenko müxalifət mediasının onun xaricdəki hesablarında milyardlarla dolların “gizlədilməsi” ilə bağlı iddialarına münasibət bildirib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Lukaşenko heç vaxt “oğru” olmadığını, özünün və övladlarının bu işlə məşğul olmasına imkan verməyəcəyini bildirib.

“Bu gün heç nəyi gizlətmək mümkün deyil. Həmişə deyirəm: mənim “milyardlarım”ın harada gizlədildiyini bilirsinizsə, götürün. Heç kimə inanmayın, mən heç vaxt oğru olmamışam, özümə və övladlarıma da buna imkan vermərəm. Bu, sizi mənə qarşı çevirmək üçün vəziyyətin adi gərginləşməsidir”, - deyə Lukaşenko bildirib.

Nuranə Abbasova