İdarəetmədən çıxan maşın işıq dirəyinə çırpılıb, bir nəfər xəsarət alıb. 

"Unikal"ın məlumatına görə, hadisə Ucarın Qazıqumlax kəndi ərazisində baş verib. 1988-ci il təvəllüdlü rayon sakini Feyzullayev Rüfət Ədalət oğlunun idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Qəzada müxtəlif bədən xəsarətləri alan sürücü xəstəxanaya çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov