Moskva məhkəməsi müdafiə nazirinin müavini Timur İvanov və onun qohumlarının daşınmaz əmlakına, aktivlərinə və bank hesablarına qarşı müvəqqəti tədbirlər görüb.

"Unikal" xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. 

"Ona və həyat yoldaşına, habelə keçmiş arvadına və övladlığa götürülmüş 5 uşağına qeydiyyatda olan hər şey, İvanovun sonradan təqsirli bilindiyi təqdirdə, bütün bu əmlaka paytaxt məhkəməsi tərəfindən müvəqqəti tədbirlər görülməsi üçün artıq həbs qoyulub", - qeyd olunub. 

Xatırladaq ki, Moskvanın Basmannı məhkəməsi çərşənbə günü İvanovu həbs edib. 

Ağarza Elçinoğlu