Çirkli pulların yuyulması kimi cinayətlərə görə həbs olunan sosial media fenomeni Dilan Polat və həyat yoldaşı Engin Polatı yenə hakim qarşısına çıxıb. 

"Unikal" xəbər verir ki, bu dəfə onlar Banu Parlak adlı şəxsə məxsus gözəllik mərkəzini silahlı hücum həyata keçirməkdə ittiham olunublar. 

Qeyd edək ki, ötən il oktyabrın 1-də sosial media fenomeni Banu Parlakın gözəllik mərkəzinə silahlı hücumu Dilan və Engin Polat cütlüyünün sifariş etdirdiyi iddia edilmişdi.

Küçükçekmece Respublika Baş Prokurorluğu tərəfindən hazırlanan iddianamədə Dilan və Engin Polat cütlüyünün və qaynatası Sezgin Polat ilə birlikdə birdən çox şəxslə birlikdə silahla hədələmə cinayətlərindən ümumilikdə 8 ilə qədər həbsi istənilib.

Zərifə Nağıyeva