"Qarabağa qayıtmaq həmişə xoşdur". 

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında yazıb. 

Diplomat Füzulidən video paylaşaraq bu sözləri yazıb: "Füzuli tam şəkildə yenidən qurulur və yeni şəhər Ermənistanın 30 ildir davam edən işğalının xarabalıqlarından yenidən ucalır".