Ermənistan Baş Prokurorluğuna baş nazir Nikol Paşinyanın cinayət məsuliyyətinə cəlb edilməsi tələbi ilə hesabat təqdim edilib.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Bildirilib ki, Tavuşun 4 kəndinin Azərbaycana verilməsi prosesinə başlanılması ilə əlaqədar Nikol Paşinyanın cinayət məsuliyyətinə cəlb edilməsi tələbi ilə Ermənistan Baş Prokurorluğuna Cinayət Məcəlləsinin 418 və 421-ci maddələri (Dövlətə xəyanət və Zorakılıq tətbiq etməklə Ermənistan Respublikasının ərazisinin bir hissəsini təcrid etmə) ilə cinayət işi üzrə protokol təqdim edilib. 

Hesabatla vəkil Ara Zohrabyan və ehtiyatda olan ordu polkovniki Hayk Nahapetyan çıxış ediblər.

Hesabatda xahiş olunur ki, cinayət işinin başlanması, ibtidai istintaqın aparılması və Nikol Paşinyanın cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinin həlli barədə göstəriş verilsin.

Bu maddələrə görə, müttəhim 10 ildən 15 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Ağarza Elçinoğlu