Xerson vilayətində 5 nəfərin ölümündə şübhəli bilinən iki rusiyalı hərbçi saxlanılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Qeyd olunur ki, ölənlər arasında iki qadın və üç kişi var, onlardan ikisi hərbçidir. Qətllər Podo-Kalinovka və Abrikosovka kəndlərində törədilib. Qurbanlardan biri Abrikosovkanın rəhbəri Lyubov Tımçak olub.

Hərbçilər Aleksandr O. və Aleksandr K-nın cinayəti alkoqollu içkinin təsiri altında törətdikləri deyilir. Qeyd olunub ki, hərbçilərdən biri ordudan əvvəl üç dəfə məhkum olunub.

Ağarza Elçinoğlu