Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.

Bu barədə "Unikal"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, məqsəd fərdi mobillik vasitələrinin təşviqi və istifadəçilərin təhlükəsizliyini artırmaqdır.

Hazırda paytaxtın bəzi mərkəzi küçə və prospektlərində bu istiqamətdə texniki işlər həyata keçirilir.