Sankt-Peterburqda vətəndaşı intihardan xilas etmək istəyən polis onu evində güllələyib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Qeyd olunub ki, Admiralteysk vilayətinin polisinə mənzillərindən birində bir nəfərin çox sayda həb içərək özünü zəhərləməyə cəhd etməsi barədə məlumat daxil olub.

Hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb olunub. Polislər mənzilə girəndə həmin şəxs yastığın altından tapançanı çıxararaq DİN əməkdaşına atəş açıb. Nəticədə polislərdən biri çiynindən yaralanıb. Buna cavab olaraq ikinci polis məmuru silahlı şəxsə atəş açıb və onu öldürüb. 

Xəsarət alan polis əməkdaşı xəstəxanaya aparılıb.

Ağarza Elçinoğlu