Bu gün Azərbaycan Basketbol Liqasında müntəzəm çempionata yekun vurulacaq.

"Unikal" xəbər verir ki, son oyun Xaçmazda baş tutacaq.

NTD-İNDİQO öz meydanında autsayder Şəkini qəbul edəcək. Xaçmaz basketbolçuları görüşün favoriti hesab olunurlar. Görüş pley-offa 2-ci pillədən yollanacaq Tahir Baxşıyevin komandası üçün formal xarakter daşıyacaq.

Qeyd edək ki, turun ilk 3 görüşündə "Sabah" "Xəzri"yə 77:65, "Xırdalan" "Cəlilabad"a 90:84, "Neftçi" "Sərhədçi"yə 73:69, "Gəncə" "Sumqayıt"a 86:82 hesabı ilə qalib gəlib.