Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl rayonu, Qızılca kəndində 1 nəfərin meyitinin çətin keçilən ərazidən çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

FHN-dən "Unikal"a verilən xəbərə görə, müraciətlə əlaqədar Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit çətinkeçilən ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Çətin keçilən ərazidən meyitini tapılan şəxs rayonun  Qızılca kənd sakini 1969-cu il təvəllüdlü Fazil Bayramovdur.

Faktla bağlı adaşdırma aparılır.