Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesində əldə olunmuş razılıq regionun inkişafına və davamlı sülhə yönəlib.

"Unikal" xəbər verir ki, bu fikri Ermənistan prezidenti Vaaqn Xaçaturyan yeli televiziyalara müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, Tavuşda, Aşağı Əskipara, Bağanis Ayrım, Xeyrimli və Qızılhacılı kəndlərinin yaxınlığında baş verən proseslər ilk növbədə Ermənistan ilə Azərbaycan arasında sərhədlərin dəqiqləşdirilməsinə yönəlib.

“Hamı başa düşməlidir ki, əgər dövlət varsa, onun sərhədləri olmalıdır və bu dövlətin gələcəyi onun qonşuları ilə sərhədlərinin nə dərəcədə yaxşı dəqiqləşdirilməsindən asılı olacaq”, -deyən Xaçaturyan vurğulayıb ki, Ermənistan Respublikasının vətəndaşı kimi hökumətin hərəkətlərini cəsarətli addım hesab edir.