Bu il Norveç hökuməti Ukraynaya krallığın büdcəsindən 7 milyard kron (indiki məzənnə ilə 632 milyon dollar) dəyərində əlavə yardım göndərəcək.
“Unikal”
xəbər verir ki, bu barədə Norveçin Baş naziri Yonas Qar Störe deyib.
Baş nazir vurğulayıb ki, ayrılan məbləğdən 6 milyard kron (540 milyon dollar) ölkəyə hərbi yardım göstərmək üçün nəzərdə tutulub. Pulun qalan hissəsi humanitar və vətəndaş proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək.