Amerikalı milyarder İlon Maskın sərvəti aprelin son həftəsində 37,3 milyard dollar artıb.

"Unikal" xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bu göstərici Maskın 2022-ci ilin martından bəri ən böyük həftəlik artımıdır.

Agentliyin qeyd etdiyi kimi, Mask hazırda dünyanın ən varlı adamları siyahısında üçüncü yerdədir. Onun sərvəti 202 milyard dollar dəyərində qiymətləndirilir.