Mayın 1-i saat 11:00-dan növbəti tədris ili üçün şagirdlərin I sinfə qeydiyyat prosesinə başlanılıb. Artıq 120 minə yaxın uşaq birinci sinfə qəbul üçün qeydiyyatdan keçib.

"Unikal" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mətbuat katibi Zemfira Sevdimalı bildirib.

O bildirib ki, 82 minə yaxın şagird isə məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiblər. Bu isə ölkə üzrə I sinfə gedəcək şagirdlərin 70 faizini təşkil edir.