"Bakcell"in Baş İcraçı Direktoru, Klaus Mueller Azərbaycanın ilk qadınlar arasında Avropa çempionu şahmatçısı Ülviyyə Fətəliyevanı möhtəşəm qələbə münasibətilə təbrik etdi.

"Unikal" xəbər verir ki, "Bakcell" baş ofisində keçən görüşdə qrossmeyster Ülviyyə Fətəliyevaya qızıl Bakcell nömrəsi və 1 illik balans hədiyyə edildi və son model smartfon təqdim olundu. Şahmatçımızın qələbəsinin bütün Azərbaycanı qürurlandırdığını bildirən Bakcell Baş İcraçı Direktoru Ülviyyə Fətəliyevaya karyerasında uğurlarının daimi olmasını diləyib.

Görüş zamanı Bakcellin yeni brend kimliyindən danışan Klaus Mueller bildirib ki, loqodakı 5 dinamik fiqur gələcəyə yol açan bir ulduz yaradır. Bu ulduz insanları, məkanları və dəyərli anları bir-birinə bağlayır və çempion şahmatçımızın bugünkü qələbəsi məhz belə anlardandır.