Şəkidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, mayın 6-da saat 00:10 radələrində Şəki  şəhəri ərazisində Rövşən Muradov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada, 1956-cı il təvəllüdlü Qəribə Həmid qızı Abdullayevanı vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Araşdırma aparılır.