"Carlsberg Azerbaijan" şirkəti barədə cərimə protokolu tərtib edilib.

"Unikal"ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 198.3-cü (Əməyin mühafizəsi qaydalarının pozulması - Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə tərtib olunan protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Vaqif Həsənovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, "Carlsberg Azerbijan" pivə istehsalı ilə məşğul olan şirkətdir.

Murad İbrahimli