Moskvadan Orenburqa uçan təyyarə "Flightradar" uçuş izləmə xidmətindən itib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Təyyarə yoxa çıxmazdan əvvəl texniki nasazlıq səbəbindən fövqəladə siqnal verib və Nijni Novqorod vilayəti üzərində dönüb. Daha sonra onun aşağı hündürlükdə uçaraq Şeremetyevo hava limanına eniş etdiyi məlum olub. 

Qəza enişinin səbəbləri araşdırılır. Sərnişinlərin səhhəti barədə məlumat yoxdur. 

Ağarza Elçinoğlu