Rusiyanın qarşıdan gələn nüvə təlimləri kollektiv Qərbin ritorikasına cavab olaraq məcburi tədbirdir.

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfir Anatoli Antonov açıqlayıb. 

"Rusiya Müdafiə Nazirliyinin elan etdiyi təlim tədbirləri təsadüfən yaranmayıb, bu, Rusiya və onun vətəndaşları üçün qəbuledilməz təhlükəsizlik təhdidləri yaradan kollektiv Qərb”in təkəbbürlü və təcavüzkar siyasətinə cavab olaraq məcburi tədbirdir", - deyə o, jurnalistlərə bildirib.

Səfir vurğulayıb ki, Birləşmiş Ştatlar və müttəfiqləri Ukraynaya rus xalqını öldürmək və Rusiya ərazisinə zərbələr endirmək məqsədi daşıyan daha çox ölümcül silah tədarükünü daim genişləndirirlər: "Biz heç kimi təhdid etmirik, lakin Vaşinqtondakı çılğın strateqlər və onların Avropadakı peykləri başa düşməlidirlər ki, Rusiya öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün bütün vasitələrdən istifadə edəcək". 

Ağarza Elçinoğlu