Bakının Qaradağ rayon Lökbatan qəsəbəsində 27 yaşlı gənc dünyasını dəyişib. 

"Unikal"ın əldə etdiyi məlumata görə, Əliyev İbrahim Sahib oğlu ürəktutmadan vəfat edib. Belə ki, gənc gecə saatlarında özünü narahat hiss edib. İlkin müdaxilə olmasına baxmayaraq İbrahim Əliyevin həyatını xilas etmək mümkün olmayıb.

O, Hacı Ramil Bədəlovun tələbəsi olub. 

Zaurə Əmirova