"Serqa" qrupunun aparıcı gitaraçısı, Rusiyanın tanınmış musiqiçisi Andrey Kifiyak xəstəxanaya yerləşdirilib. 

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, musiqiçiyə hemoqlobinin səviyyəsinin kəskin azalması diaqnozu qoyulub.

O, Moskvada xəstəxanaya yerləşdirilib. 

Qeyd edilib ki, Kifiyakın səhhətinin pisləşməsi ciddi bir xroniki xəstəliyin kəskinləşməsi fonunda baş verdi.