Estoniya Dövlət Prokurorluğunun tələbi ilə məhkəmə Rusiyaya casusluqda şübhəli bilinən Tartu Universitetinin professoru Vyaçeslav Morozovu iki ay müddətinə həbs edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Morozova qarşı cinayət işinin istintaqı davam edir.

Estoniya polisi və Dövlət Prokurorluğu istintaqın maraqlarını əsas gətirərək, şübhələrin təfərrüatlarını hələlik açıqlamayıb.