Ermənistan “Şimal-Cənub Yol Dəhlizi" adlanan Sisian-Kacaran yolunun tikintisi üçün Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) 236 milyon avro alıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan hökumətinin bu gün keçirilən iclasında iqtisadi və texnoloji inkişaf naziri Qnel Sanosyan açıqlayıb. 

AYİB-in təqdim etdiyi ilkin satınalma planına əsasən, cənub bölməsinin maliyyələşdirilməsi üçün lazımi kredit vəsaiti 373 milyon avro təşkil edir ki, bunun da 236 milyon avrosunun AYİB-dən, qalan 137 milyon avronun isə EIB-dən cəlb edilməsi planlaşdırılır.

Ağarza Elçinoğlu