Avrasiya İqtisadi İttifaqı (Aİİ)müxtəlif çağırışların, o cümlədən bir sıra dövlətlərin sanksiya siyasəti ilə bağlı olanların öhdəsindən uğurla gəlir.

Unikal” xəbər verir ki, bu sözləri Aİİ sammitində çıxışı zamanı  Rusiya Federasiyasının prezidenti Vladimir Putin deyib.
Putin həmçinin bildirib ki, Aİİ-də ödənişlərin 90%-dən çoxu milli valyutalarla həyata keçirilir. O, Avrasiya İqtisadi İttifaqı ölkələrinin ümumi ÜDM-də artım olduğunu bildirib.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Aİİ-də maneəsiz daxili bazar yaratmağı təklif edib.

Xatırladaq ki, şura üzvlərinin məhdud iclası keçirilib. Burada Ermənistan, Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderləri iştirak ediblər. Qısa fasilədən sonra onlara Kuba və Özbəkistan prezidentləri də qoşulub.