Ermənistanın baş naziri Nikol Paşinyan istefa verməyib.

"Unikal" Ermənistan KİV-ə istinadən xəbər verir ki, arxiyepiskop Baqrat Qalstanyanın istefa üçün Paşinyana verdiyi bir saat başa çatsa da o vaxtı uzatmayıb.

O parlament vasitəsi ilə impiçmentə hazır olduqlarını açıqlayıb. 

***18:46

Xəbər verdiyimiz kimi, Ermənistanın paytaxtı İrəvanda minlərlə insan Respublika meydanına toplaşıb. 

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, Baqrat Srbazanın rəhbərlik etdiyi mitinqdə Baş nazir Nikol Paşinyanın istefası tələb olunur. 

"Nikol Paşinyan, istefanı təqdim etmək üçün sənin bir saatın var", - Baqrat Srbazan deyib. 

Ağarza Elçinoğlu