"İsrailin Ankaranın İsraillə ticarət qadağasını yumşaltması ilə bağlı iddiaları tamamilə uydurmadır və reallıqla heç bir əlaqəsi yoxdur".

"Unikal" xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömər Bolat deyib. 

Bolat "X"də mikrobloqunda yazıb ki, İsraillə ticarət qadağası Qəzzada daimi atəşkəs və bölgəyə humanitar yardım axını təmin olunana qədər qüvvədə qalacaq.

Bundan əvvəl İsrailin xarici işlər naziri İsrael Katz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əvvəlki mövqeyini dəyişdiyini və İsrailə qarşı qoyduğu bir çox ticarət məhdudiyyətlərini aradan qaldırdığını bildirmişdi.