Bu gün Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək.

"Unikal" xəbər verir ki, turun açılış matçı tarixi derbi ilə əlamətdar olacaq. "Neftçi" doğma meydanda "Kəpəz"i qəbul edəcək. "Neftçi Arena"da oynanılacaq görüş saat 19:00-da başlayacaq.

Hazırda "Neftçi" 50 xalla beşinci, "Kəpəz" isə 35 xalla səkkizinci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər görüşləri mayın 11-12-də keçiriləcək.