İranda parlament seçkilərinin ikinci turu başlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb. 

Bu turda parlamentdə qalan 45 yer uğrunda 90 namizəd mübarizə aparır. 

Seçkilər martın 1-də keçirilən seçkilərin birinci turunda namizədlərin səs çoxluğu əldə edə bilməyən 22 seçki dairəsində keçirilir.

Martın 1-də keçirilən seçkilər zamanı İran parlamentində 290 yer uğrunda 15 mindən çox namizəd mübarizə aparıb.

Ağarza Elçinoğlu