Dortmundun "Borussiya" komandası Çempionlar Liqasının finalında məğlub olsa, rəqibi “Real” Madriddən daha çox pul qazanacaq.

"Unikal" xəbər verir ki, buna səbəb Cud Bellingemin 2023-cü ilin yayında Dortmund klubundan 130 milyon avroya "Real Madrid"ə transferi zamanı imzalanmış müqavilənin şərtləridir.

Müqavilədə Bellingem Çempionlar Liqasını qazansa, “Real”ın "Borussiya"ya 25 milyon avro ödəyəcəyi ilə bağlı bənd var.

Çempionlar Liqasını qazanan komandanı isə 20 milyon avro mükafat gözləyir.

Beləliklə, "Borussiya" finalda məğlub olacağı təqdirdə daha çox pul qazanacaq.