Sankt-Peterburqda sərnişin avtobusunun Moyka çayına düşməsi nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

*** 20:59

Sankt-Peterburqda suya düşən avtobusun 4 sərnişini dünyasını dəyişib, daha 4-ü isə kliniki ölüm vəziyyətindədir.

"Unikal" xəbər verir ki, bu barədə şəhərin fövqəladə hallar xidməti məlumat yayıb.

*** 15:20

Sankt-Peterburqda sərnişinləri daşıyan avtobus Moyka çayına düşüb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Məlumata görə, avtobus iki avtomobilə çırpıldıqdan sonra çaya düşərək batıb. 

Azı üç nəfərin öldüyü bildirilir. 

Ağarza Elçinoğlu