Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi müasir Azərbaycanın qurucusu və memarı, dövlət müstəqilliyimizin təminatçısı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri düzüb.

"Unikal" xəbər verir ki, Azərbaycanın dahi şəxsiyyətinin əziz xatirəsi hörmətlə anılıb.