Ukrayna Rusiya ilə münaqişədə sürətlə uduzur.

"Unikal" xəbər verir ki, bu fikri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Larri Conson “Dialogue Works” YouTube kanalına müsahibəsində bildirib.

O, Fransa prezidenti Emmanuel Makronun hərbçilərin Ukraynaya göndərilməsi ilə bağlı erkən bəyanatını, eləcə də Böyük Britaniya və Fransa səfirlərinin Rusiya Xarici İşlər Nazirliyinə çağırışını şərh edib. Onun sözlərinə görə, Rusiya Qərbin Ukraynadakı vəziyyətlə bağlı “artan ümidsizliyini” hiss edir.

"Ukraynalılar uduzurlar, özü də sürətlə uduzurlar", - deyə Conson bildirib.