İyunun 5-nə keçən gecə baş vermiş gəmi hadisəsindən sonra Azərbaycan vətəndaşı, 1969-cu il təvəllüdlü Əliyev Qismət Nadir oğlundan hələ də xəbər yoxdur.. 

"Unikal"  Xəzər Tv-yə istinadən xəbər verir ki, İsmayıllı rayonunun Diyallı kənd sakini olan Qismət Əliyev Türkiyədən Rusiya istiqamətində hərəkət edən, Cunda şirkətinə məxsus "Zirkon" yük gəmisində baş mexanik vəzifəsində çalışıb. Hadisədən sonra gəminin vurulduğu barədə ailəyə məlumat verilib. Bildirilib ki, axtarış-xilasetmə işləri üçün heyət göndərilsə də, artıq bir neçə gündür ailə üzvləri onun taleyi ilə bağlı dəqiq məlumat ala bilmirlər.

Yaxınları Qismət Əliyevdən gələcək xəbəri gözlədiklərini bildirirlər.