2025-ci ildə qlobal və regional miqyasda davam edən siyasi-iqtisadi gərginliklər və qeyri-müəyyənliklər fonunda Azərbaycanda makroiqtisadi sabitlik təmin olunub.
"Unikal" xəbər verir ki, bu məsələ "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" Qanun layihəsində əksini tapıb.
Qeyd olunub ki, ümumi daxili məhsul (ÜDM) real ifadədə 1.4 faiz artıb və 129.1 milyard manat təşkil edib.
Qeyri-neft-qaz sektorunda 2.7 faizlik artım, neft-qaz sektorunda isə 1.6 faiz real azalma qeydə alınıb.
2025-ci ildə adambaşına düşən ÜDM real ifadədə bir faiz artaraq 12.6 min manat təşkil edib.
Ötən ildə ÜDM-in strukturunda ən böyük xüsusi çəkiyə (33 faiz) malik sənayedə 0.8 faiz azalma olmaqla 42.6 milyard manatlıq, ticarət və nəqliyyat vasitələrinin təmiri sektorunda (xüsusi çəkisi 11.3 faiz) 3.3 faiz real artım olmaqla 14.6 milyard manatlıq, nəqliyyat və anbar təsərrüfatı sektorunda (xüsusi çəkisi 7.1 faiz) 4.6 faiz real artım olmaqla 9.1 milyard manatlıq, kənd təsərrüfatında (xüsusi çəkisi 5.9 faiz) 0.9 faiz real artım olmaqla 7.6 milyard manatlıq əlavə dəyər istehsal olunub.










.jpeg)











































