"Strateji valyuta ehtiyatlarımız 88,4 milyard dollara çatıb. Regionların büdcədən asılılığı daha da azalıb. Cəmi bir rayona 1,5 milyon manat məbləğində dotasiya verilib".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ın müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, xərclər səmərəli və ünvanlı, müvafiq ehtiyaclara uyğun icra olunub. Onun sözlərinə görə, dövlət büdcəsi profisitlə icra edilib.
Anar Kəlbiyev










.jpeg)











































